Gəncədə
Özbək dili və Mədəniyyəti Mərkəzi
Gəncə şəhərində “Türk
dünyasının Azərbaycan və Özbəkistan modeli”
mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir
çərçivəsində AMEA-nın Gəncə
Bölməsində Əlişir Nəvai adına Özbək
dili və Mədəniyyəti Mərkəzi
açılıb.
Mərkəzdə Azərbaycan və Özbəkistan
xalqlarının qardaşlıq əlaqələrini əks
etdirən guşələr, eksponatlar, Nizami Gəncəvi və
Əlişir Nəvai yaradıcılığına aid nəşrlər
təqdim olunur.
Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin
əsərlərinin özbək dilində çap
olunması, onun ardıcıllarından olan böyük
özbək şairi Əlişir Nəvainin əsərlərinin
Azərbaycanda tərcümə edilərək geniş oxucu
kütləsinə çatdırılması hər iki
ölkənin mədəni həyatında mühüm hadisə
adlandırılıb.
Konfrans iştirakçıları Gəncə şəhərinin
tarixi abidələri ilə də tanış olublar.
Mədəniyyət .- 2024.- 20 sentyabr (№70).- S.4.