Bölgələrdə
musiqi bayramı
18 sentyabr – Milli Musiqi Günü bölgələrdəki
mədəniyyət müəssisələrində silsilə
tədbirlərlə qeyd olunub.
Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbində
“Unudulmaz sənətkar” adlı tədbir təşkil olunub.
Qeyd edilib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin
doğum günü hər il ölkəmizdə milli musiqi
bayramı kimi qeyd edilir. Musiqimiz, mədəniyyətimiz öz
inkişafına görə Üzeyir Hacıbəyliyə
borcludur. Tədbir konsert proqramı ilə davam etdirilib.
***
Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət
Mərkəzində rayon MKS ilə birgə Milli Musiqi
Günü münasibətilə tədbir təşkil edilib.
Tədbirdə milli musiqimizin tarixindən, Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığından
danışılıb. Mədəniyyətimizin dünyada
tanınması və təbliğinin dövlətimiz tərəfindən
daim diqqətdə saxlanıldığı vurğulanıb.
Sonra təqdim olunan konsert proqramında Üzeyir Hacıbəylinin
əsərlərindən parçalar səsləndirilib.
***
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi
(RMİ) tərəfindən Şəki, Zaqatala, Qəbələ,
Balakən, Qax və Oğuz rayonlarında silsilə tədbirlər
həyata keçirilib. Tədbirlərdə Üzeyir bəyin
mədəniyyətimizin inkişafında misilsiz xidmətlərindən
söz açılıb, həmçinin “Arşın mal
alan” bədii filmi nümayiş olunub.
***
Cəlilabad şəhər Uşaq incəsənət
məktəbində keçirilən tədbirdə əvvəlcə
məktəbin xor kollektivinin ifasında “Leyli və Məcnun”
operasından “Bu gələn yara bənzər” əsəri təqdim
olunub. Sonra məktəbin şagird və müəllim
kollektivi tərəfindən rəngarəng musiqi nömrələri
ifa olunub.
***
Astara rayon Heydər Əliyev Mərkəzində “Milli
musiqimizi yaşadan dahi bəstəkar Üzeyir Hacıbəyli”
mövzusunda tədbir keçirilib. Milli Musiqi
Gününün tarixi haqqında tədbir
iştirakçılarına məlumat verilib. Diqqətə
çatdırılıb ki, dövlətimizin mədəniyyətimizə,
musiqi sənətimizə diqqət və
qayğısının bariz nümunəsi kimi Üzeyir
Hacıbəyli və onun irsi ilə bağlı yubileylər
UNESCO-da da qeyd edilib.
***
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət
Mərkəzində “Üzeyir dünyası” adlı tədbir
keçirilib. Əvvəlcə Üzeyir Hacıbəylinin
anadan olmasının 139-cu ildönümünə həsr
edilmiş kitab sərgisinə baxış olub. Bədii hissədə
Quba səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operasından, “O olmasın, bu olsun” və
“Arşın mal alan” operettalarından parçalar təqdim
olunub, eləcə də bəstəkarın “Sənsiz”,
“Sevgili canan” romansları səsləndirilib.
***
Azərbaycan bəstəkarlıq məktəbinin
banisi Üzeyir Hacıbəylinin doğum günü, 18
sentyabr – Milli Musiqi Günü münasibətilə
Abşeron-Xızı RMİ-nin tabeliyində fəaliyyət
göstərən mədəniyyət müəssisələrində
də tədbirlər keçirilib. Çıxışlarda
bəstəkarın həyat və yaradıcılığından
bəhs olunub. Sonra tədbir iştirakçılarına
Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili
komediyasının ekran təcəssümü olan məşhur
film nümayiş olunub.
***
Laçın şəhər 1 nömrəli Uşaq
musiqi məktəbində (Bakı şəhəri) “18 sentyabr
– Milli Musiqi Günü” adlı dəyirmi masa təşkil
edilib. Üzeyir bəyin sənət yolundan, Azərbaycan
musiqisinə verdiyi töhfələrdən bəhs olunub. Daha
sonra şagirdlərin ifasında bəstəkarın əsərləri
səsləndirilib.
***
Mərkəzi Aran RMİ-nin əhatə etdiyi Mingəçevir,
Ağdaş və Kürdəmir rayonlarındakı mədəniyyət
müəssisələrində Milli Musiqi Günü ilə
bağlı tədbirlər keçirilib. Heydər Əliyev və
Mədəniyyət mərkəzlərində gerçəkləşən
tədbirlər zamanı musiqi mədəniyyətinə həsr
olunmuş rəsm və kitab sərgiləri, musiqi məktəblərinin
müəllim və şagirdlərinin ifasında dahi bəstəkarın
əsərlərindən ibarət konsert proqramları təqdim
edilib.
***
Biləsuvar rayon Heydər Əliyev Mərkəzi və
Hacıqabul rayon Mədəniyyət Mərkəzində
“Arşın mal alan” bədii filminin nümayişi təşkil
olunub. Üzeyir bəyin bu ölməz əsəri
tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıb.
***
Şirvan şəhər Uşaq musiqi məktəbi,
şəhər Heydər Əliyev Mərkəzi, Mərkəzi
Kitabxana, Salyan şəhər Qulu Əsgərov adına
Uşaq incəsənət məktəbi, rayon
Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi,
Biləsuvar şəhər Orxan Əkbərov adına
Uşaq incəsənət məktəbi, Neftçala Dövlət
Rəsm Qalereyası, Neftçala Mədəniyyət Mərkəzi
və Hacıqabul şəhər Uşaq musiqi məktəbində
Milli Musiqi Günü münasibətilə konsertlər, tədbir
və sərgilər keçirilib. Tədbirlərdə bəstəkarın
operettalarından səhnəciklər oynanılıb, musiqi əsərləri
ifa edilib.
***
Əlamətdar gün münasibətilə
Mil-Muğan, Dağlıq Şirvan və Gəncə-Daşkəsən
RMİ-lərin tabeliyində fəaliyyət göstərən
mədəniyyət müəssisələrində də
silsilə tədbirlər təşkil edilib.
N.Məmmədli
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.4.