“Maestro: ildırımlı yollarla”
üzü festivala
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad
İbrahimovun həyat və yaradıcılığına həsr
olunmuş sənədli film çəkilib.
Gənc rejissor Hüseynağa Aslanovun çəkdiyi
“Maestro: ildırımlı yollarla” (“Maestro: The Parth of Thunder”)
filmi Türk Dünyası IX Beynəlxalq Sənədli Filmlər
Festivalının finalına vəsiqə alıb.
Festivalın müsabiqə proqramına 12 tammetrajlı, 12
qısametrajlı və 12 tələbə sənədli filmi
daxildir.
Festival 16-18 oktyabr tarixlərində Ankarada keçiriləcək.
Qalib filmlər Azərbaycan da daxil olmaqla doqquz ölkədə
nümayiş olunacaq.
Festival Türk Dünyası Jurnalistləri
Federasiyasının təşkilatçılığı,
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino
Baş İdarəsi, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr
Assosiasiyası və digər qurumların dəstəyi ilə
keçirilir.
Gülcahan
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.8.