Polad
Bülbüloğlu Başqırdıstanın da Xalq artisti
oldu
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri,
Xalq artisti Polad Bülbüloğlu bu ölkədə
diplomatik fəaliyyətini başa vurmaq ərəfəsində
daha bir fəxri ad alıb. Görkəmli bəstəkar və
müğənniyə RF “Başqırdıstan
Respublikasının Xalq artisti” adı verilib.
Ufa şəhərində keçirilən MDB
iştirakçı dövlətlərinin Yaradıcı və
Elmi Ziyalılarının XVII Forumunda Başqırdıstan
Respublikasının rəhbəri Radi Xabirov fəxri adın vəsiqə
və nişanını Polad Bülbüloğluna təqdim
edib.
Qeyd edək ki, 2006-cı ildən Azərbaycanın
Rusiyada səfiri olan Polad Bülbüloğlu 2010-cu ildən
MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq
Fondunun idarə heyətinə də rəhbərlik edib. MDB
ölkələri yaradıcı və elmi
ziyalılarını bir araya gətirən ənənəvi
forum hər il Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun himayəsi ilə keçirilir. Builki forum 17-19 sentyabr
tarixlərində Ufada təşkil
edilib.
Xatırladaq ki, Polad Bülbüloğlu bu
yaxınlarda “Özbəkistan Respublikasının Xalq artisti”
adına da layiq görülüb.
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.8.