100 dəfə “O
olmasın, bu olsun”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni
mövsümə sentyabrın 18-də “Üzeyir Hacıbəyli
həftəsi” layihəsi çərçivəsində “O
olmasın, bu olsun” tamaşasının 100-cü
nümayişi ilə başlayıb.
Tamaşadan əvvəl səhnəyə
çıxan teatrın direktoru Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev Milli Musiqi Günü, yeni
mövsümün açılışı və
tamaşanın yubileyi münasibətilə sənətsevərləri
təbrik edib. Direktor “O olmasın, bu olsun”un bu teatrda sonuncu
quruluşundan keçən 26 ildə tamaşada rol
almış mərhum sənətkarların da adlarını
ehtiramla yad edib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət
Səlimova da Üzeyir dühasının Azərbaycan mədəniyyəti
tarixindəki önəmli yerindən danışıb, onun
Musiqili Teatrın repertuarını zənginləşdirən
əsərləri sırasında özünün də
quruluş verdiyi tamaşanın olmasından qürur
duyduğunu bildirib. Məşədi İbad obrazını
Xalq artistləri Hacıbaba Bağırov və Ramiz Məmmədovdan
sonra Əməkdar artist Şövqi Hüseynovun (2014-cü
ildən) da məharətlə
canlandırdığını vurğulayan rejissor teatrın
kollektivini tamaşanın yubileyi münasibətilə təbrik
edib.
“O olmasın, bu olsun”un 100-cü tamaşasında Xalq
artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər
Şövqi Hüseynov, Nadir Xasiyev, Nahidə Orucova,
Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar
Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Səmədzadə
Xasiyev, Hüseyn Əlili, Aydan Həsənova, Elməddin
Dadaşov, Telnaz Hüseynova və başqaları
çıxış ediblər.
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.3.