Naxçıvan
teatrı mövsümü “Ölülər”lə
açıb
Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrında yeni
mövsümün açılışı olub.
Muxtar respublikanın mədəniyyət nazirinin
müavini Həsən Seyidov çıxış edərək
Naxçıvan teatrının keçdiyi inkişaf yolundan,
ölkəmizdə teatr sənətinə göstərilən
dövlət qayğısından danışıb. Qeyd olunub
ki, Naxçıvan MR-in 100 illik yubileyi çərçivəsində
muxtar respublika Mədəniyyət Nazirliyinin tədbirlər
planına uyğun olaraq, Naxçıvan Dövlət Milli
Dram Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər”
əsəri əsasında tamaşa hazırlayıb.
Sonra “Ölülər” tamaşası nümayiş
olunub. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov,
səhnə tərtibatçısı Əməkdar rəssam
Səyyad Bayramov, musiqi tərtibatçısı Azər Cəfərlidir.
Rolları Xalq artistləri Rza Xudiyev, Yasəmən
Ramazanova, Həsən Ağasoy, Əməkdar artistlər Səməd
Canbaxşiyev, Günay Qurbanova, Bəhruz Haxverdiyev və
Əbülfəz İmanovla yanaşı, Uğur Nəsirli,
Məmməd Mehdiyev, Nurlan Sultanlı, Ləman Vəliyeva,
Zakir Fətəliyev, Nəsimi Məmmədzadə, Ələsgər
Quliyev, Cəbrayıl Nəbiyev, Anar Eyvazov və digər
aktyorlar canlandırıblar.
Mədəniyyət .- 2024.- 27 sentyabr(№71-72).- S.4.