Lənkəran səhnəsi
Afrika ədəbiyyatına müraciət edir
Lənkəran Dövlət Dram Teatrında Cənubi
Afrika yazıçısı Atol Fuqardın “Dimetos” əsəri
tamaşaya hazırlanır.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzə,
quruluşçu rəssamı Nərgiz Baxışzadə, bəstəkarı
Azər Hacıəsgərli, rejissor asistenti Nuranə Nəcəfovadır.
“Nekro dram” janrında hazırlanılan tamaşada
sevgi, ehtiras, xəyanət burulğanına baş vuran qəhrəmanların
başına gələn hadisələr diqqət mərkəzinə
çəkilir. Əsərin baş qəhrəmanı Dimetos
öz həqiqətini nağıl müstəvisinə
daşıyıb və taleyinin qurbanına çevrilib. Onun həqiqəti
dəhşətli yuxu kimidir. Lakin bu yuxudan oyanmaq onun
üçün gecdir... Özünün at olduğunu uyduran
Dimetos insan olmaqdan qaçır.
Premyera oktyabrın əvvəllərinə
planlaşdırılır.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.4.