Möminə xatın türbəsinin
bərpası ilə bağlı yeni layihə
“Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər
üçün Dövlət Proqramı”nın Tədbirlər
planına uyğun olaraq, Möminə xatın türbəsinin
bərpası və ərazinin abadlaşdırılması ilə
bağlı layihələndirmə işlərinin
aparılması məqsədilə “Atelier Erich Pummer GMBh”
şirkətilə müqavilə bağlanıb.
Muxtar respublikanın Mədəniyyət Nazirliyindən
bildirilib ki, sentyabrın 22-də şirkətin rəhbəri
Erik Pumer və işçi qrup Naxçıvana gəlib, türbənin
mövcud vəziyyətinin hərtərəfli tədqiqi və
ölçmə işlərinin aparılması
üçün ilkin baxış keçirilib.
Qeyd edək ki, “Atelier Erich Pummer GMBH” şirkəti
Almaniya vətəndaşı Erix Pumer tərəfindən təsis
edilib. 2009-cu ildən Azərbaycanda fəaliyyətə
başlayan şirkət İçərişəhərdə
Qız qalası, Şirvanşahlar sarayı, Buxara və
Multanı karvansaraları, Bəylər məscidi və s.
tarixi abidələrin bərpa-təmir işlərini həyata
keçirib.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.4.