Tələbə-gənclərin
musiqi bayramına töhfəsi
XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
Festivalının konsertlərindən biri də sentyabrın
20-də “Xəzər” Universitetinin Fikrət Əmirov
konfrans-konsert mərkəzində baş tutub.
“Üzeyir sənətinin gənclik sədaları”
adlı konsertdə universitetin kamera orkestrinin (bədii rəhbər
Zülfiyyə Sadıqova, dirijor Meri Çeminava)
müşayiəti ilə gənc solist və tələbə
ifaçıları (əksəriyyəti Bülbül vokal məktəbinin
tələbələri) çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəylinin “Sevgili canan”, Asəf
Zeynallının “Sual” romansları, Müslüm Maqomayevin “Nərgiz”
operasından Nərgizin mahnısı, eləcə də digər
Azərbaycan və dünya bəstəkarlarının
mahnı və romansları səsləndirilib.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.3.