Musiqi var olan yerdə
onu araşdırmaq gərək
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi
Festivalı çərçivəsində UNESCO nəzdində
Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq
Şuranın (ICTMD) “Türk dünyasında musiqi və rəqs”
və “Qlobal musiqi tarixi” araşdırma qruplarının “Qədim
mirasın əks-sədaları: musiqi və rəqs irsinin
öyrənilməsi” adlı birgə simpoziumun təşkil
edilməsi haqqında məlumat vermişdik.
ICTMD, Azərbaycan Milli Konservatoriyası, Mədəniyyət
Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası və Türk Mədəniyyəti
və İrsi Fondunun birgə layihəsi olan simpozumda ondan
çox ölkədən mütəxəssislər bəşər
övladının ilk özünüifadə
bacarıqlarından olan rəqs sənəti, qədim
dövrlərdən bugünədək insan ruhunun qidası
olaraq qalan musiqi sənəti barədə fikirlərini
bölüşdülər, araşdırmalarının nəticələrini
paylaşdılar.
***
Sentyabrın 18-də işə başlayan simpoziumun
ilk iki günündə məruzələr əsasən milli
musiqi mirasını yaşadan, inkişaf etdirən məqamları
əhatə edirdisə, sentyabrın 20-də plenar sessiyalara
çıxarılan mövzuların əhatə dairəsi
daha geniş idi.
Milli Konservatoriyanın Əmirov adına konsert zalında
keçirilən sessiya “Şuşanın musiqi irsi mədəniyyətlərin
dialoqu kontekstində”, digər bölmələr isə “Musiqi
və rəqs ənənələrinin qorunması və
transformasiyası problemləri”, “Musiqi terapiyası: XXI əsrdə
problemlər və perspektivlər” mövzularına həsr
olunmuşdu.
Sənətdə ənənələrin qorunması
problemlərini araşdırmaq, ayrı-ayrı xalqların
milli mədəni irsini mənəvi dəyər olaraq
yaşatmaq üçün lazımdırsa, musiqi
terapiyası həmin irsin daşıyıcılarının
fizioloji sağlamlığına xidmət baxımından
maraqlı idi. Məsələn, “Serebal iflicli uşaqların
müalicəsində interaktiv musiqi terapiyası”, “Musiqinin
diaqnostik imkanları”, “Gənclərin sağlam və nevrotik
pozğunluqlarında musiqinin psixofizioloji və vegetativ göstəricilərə
düzəldici terapevtik təsiri” kimi mövzulara dair məruzələr
dinlənildi. Görkəmli alim Ramil Həşimlinin “Ənənənin qorunması: Azərbaycan
muğam ifaçıları arasında vokal
sağlamlığı, rifahı və akustik və fizioloji tədqiqatların
inkişafında səs tədqiqatçısı, vokal
pedaqoqunun və LOR həkiminin birgə səyləri kimi”,
Əməkdar artist və pedaqoq Gülüstan
Əliyevanın “Muğam ifasında zəngulə
texnikasının tədqiqi” kimi məruzələri maraqla
qarşılandı.
***
Sentyabrın 21-də simpozium işini Bakı
Xoreoqrafiya Akademiyasında davam etdirdi. “Musiqi və rəqs ənənələrinin
qorunması və transformasiyası problemlərinin
araşdırılması” mövzusuna həsr olunmuş məruzələr
“Ənənəvi irsin itirilməsi, assimilyasiyası və
transformasiyası”, “Ənənəvi bədii təcrubənin
rekontekstualizasiyası”, “Ənənəvi musiqi və rəqs tarixində naməlum
adlar və görkəmli şəxsiyyətlər” kimi
yarımbölmələrdə dinlənildi.
Məruzələri BXA tələbələrinin
ifasında rəqslər süsləndirdi.
***
Simpoziumun son günü iştirakçılar yenidən
Milli Konservatoriyada toplaşdılar.
“Musiqi və rəqs ənənələrinin
qorunması və transformasiyası problemləri”, “Ənənəvi
və akademik təhsildə təcrübənin
ötürülməsi və qorunması mexanizmləri”,
“Ənənəvi irsin itirilməsi, assimilyasiyası və
transformasiyası” mövzuları ətrafında
musiqişünaslıq elminin problemləri baxımından
maraqlı çıxışlar dinlədildi.
Simpoziuma onlayn qoşulan Yekaterina Karelina (Rusiya)
“Tıva Respublikasının “Xoomei” Beynəlxalq
Akademiyasının son nəşrləri haqqında” məlumat
verdi, Damir Urazymbetov (Qazaxıstan) isə “Qazax rəqsi əsrlərdən
keçərək” kitabını təqdim etdi.
Rövşanə Kərimovanın “Şuşanın
musiqi tarixi: XIX əsr musiqi mühiti şuşalı
musiqiçilər”, Fərdin Məhəmmədzadənin “Bərdaştın
muğamda transformasiyası: tarxi və çağdaş təhlil”
(hər ikisi Azərbaycan), Gülnar Abdıraxmanın
“Uyğur mahnı və rəqs sənəti ilə
qarşılıqlı əlaqə kontekstində
K.Kuzhamyarovun orkestr musiqisi”, Dilara İslamovanın (Özbəkistan)
“Stilistik eynilik baxımından tatar və özbək piano
musiqisi” mövzulu təqdimatları da oldu.
***
Beləcə, ICTMD-nin iki araşdırma qrupunun birgə
simpoziumu başa çatdı. Qonaqlarımız ölkələrinə
qayıtdılar, ya da Üzeyir Hacıbəyli
festivalının digər tədbirlərinə
qatıldılar. Ev sahibləri olan Azərbaycan
musiqişünasları mühüm missiyanı yerinə
yetirdikdən sonra tədris və yaradıcılıq fəaliyyətinə
davam etməkdədirlər. Arzu edərdik ki, simpoziumda səsləndirilən
fikirlər, araşdırmaların nəticələri elmi məclis
çərçivəsində qalmayacaq, tədris prosesində
öz yerini tapacaq.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.5.