Firəngiz Əlizadə
növbəti dəfə nüfuzlu müsabiqənin jüri sədri
olub
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Xalq artisti, professor Firəngiz Əlizadə Sankt-Peterburqda
görkəmli rus bəstəkarı A.P.Petrov adına Bəstəkarların
XVIII Açıq Müsabiqəsində növbəti dəfə
münsiflər heyətinə sədrlik edib.
2007-ci ildən keçirilən müsabiqəyə
müxtəlif ölkələrdən bəstəkarlar
qatılır. 2019-cu ildən müsabiqənin münsiflər
heyətinin sədri professor Firəngiz Əlizadədir.
ABİ-dən verilən məlumata görə,
müsabiqə çərçivəsində sentyabrın
19-da Sankt-Peterburq Dövlət Konservatoriyasında Firəngiz
Əlizadə ilə görüş keçirilib. Arkadi
Şteynluxtun dirijorluğu ilə bəstəkarın
“Metamorfozlar” (“Şüştər”) əsəri yüksək
səviyyədə ifa edilib. Rusiyada ilk dəfə ifa olunan əsər
alqışlarla qarşılanıb.
Firəngiz Əlizadənin sədri olduğu
münsiflər heyətində dirijor, Rusiyanın
“Qızıl maska” milli teatr mükafatının laureatı
Fyodor Lednyov, bəstəkar, Sankt-Peterburq
Konservatoriyasının professoru Anatoli Korolyov, dirijor,
Rusiyanın Əməkdar artisti Arkadi Şteynluxt və
başqaları yer alıb.
Üç turdan ibarət müsabiqəyə 140 bəstəkarın
əsəri (simfonik, mahnı və estrada əsərləri)
təqdim olunub. Birinci yerə Sankt-Peterburqdan Artur Vabel, ikinci
yerə Nyu-Yorkdan çinli bəstəkar Zi Tao,
üçüncü yerə Rusiya bəstəkarı Artyom
Lauxin layiq görülüblər. Müsabiqənin
diplomantı türk bəstəkar Ufuq Biçak olub.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.3.