Əməkdar artist Kifayət Gəncəli
vəfat edib
Əməkdar artist, xanəndə Kifayət Gəncəli
(Kifayət İslam qızı Məmmədova) 22 sentyabr
2024-cü il tarixində, ömrünün 87-ci ilində vəfat
edib.
Kifayət Gəncəli 2 noyabr 1937-ci ildə Gəncə
şəhərində anadan olub. Asəf Zeynallı adına
Musiqi Texnikumunda muğam ifaçılığı üzrə
(Nəriman Əliyevin sinfi) təhsil alıb. Əvvəlcə
“Gənclik” ansamblında fəaliyyətə başlayıb.
1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının
solisti olub. O, eyni zamanda müxtəlif illərdə Əhməd
Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov,
Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik
etdiyi Xalq çalğı alətləri ansamblının
solisti kimi fəaliyyət göstərib. Bir sıra bəstəkar
və xalq mahnılarının mahir ifaçısı kimi
tanınıb.
Kifayət Gəncəli 2007-ci ildə “Azərbaycan Respublikasının
Əməkdar artisti” fəxri adına layiq görülüb.
Azərbaycan Televiziyasının “qızıl fond”unda onun
yüzlərlə səs yazısı saxlanılır.
Xanəndə doğulub boya-başa
çatdığı Gəncənın Səbiskar qəbiristanlığında
dəfn olunub.
Allah rəhmət eləsin.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.6.