Naxçıvan
MR-in 100 illiyi ilə bağlı tədbirlər planına dair
müzakirələr aparılıb
AMEA Rəyasət Heyətinin iclasında ölkə
başçısının “Naxçıvan Muxtar
Respublikasının 100 illik yubileyinin qeyd edilməsi
haqqında” 2023-cü il 30 dekabr tarixli sərəncamının
icrasından irəli gələn vəzifələr
haqqında müzakirələr aparılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə
çatdırıb ki, sərəncamda müvafiq dövlət
qurumlarına və AMEA-ya Naxçıvan Muxtar
Respublikasının 100 illiyinə dair tədbirlər
planının hazırlanıb həyata keçirilməsi
tapşırılıb. Naxçıvan tarixən Azərbaycanın
həm də mühüm elm və təhsil mərkəzlərindən
biri olub, Azərbaycana çox sayda görkəmli ziyalı,
elm və mədəniyyət xadimləri bəxş edib.
Bütün digər sosial-iqtisadi sahələrdə
olduğu kimi, Naxçıvanda elmin inkişafında da Heydər
Əliyevin mühüm xidmətləri olub. Bu baxımdan 2002-ci
ildə AMEA-nın
Naxçıvan Bölməsinin yaradılması xüsusi əhəmiyyətə
malikdir. Bölmə ötən müddət ərzində
Naxçıvanın qədim tarixinin, zəngin mədəni
mühitinin, görkəmli klassiklərimizin, dərin köklərə
malik folklorumuzun, arxeologiya və etnoqrafiyanın öyrənilməsi
və s. istiqamətlərdə uğurla fəaliyyət
göstərib.
İclasda Rəyasət Heyəti tərəfindən
Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu
siyasəti və Naxçıvanın sosial-iqtisadi, mədəni-mənəvi
inkişafı, müstəqilliyin ilk illərində
Naxçıvanın erməni təcavüzündən
qorunmasında Ulu öndərin tarixi xidmətləri, Prezident
İlham Əliyevin dövlət siyasətində
Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və
hərbi potensialının gücləndirilməsi və
inkişaf etdirilməsi strategiyasına uyğun geniş tədbirlər
planının hazırlanması qərara alınıb.
Mədəniyyət.- 2024.- 12 yanvar, №3.- S.4.