Yanvar ayında doğulan şəhidlərin
xatirəsi anılıb
“Naxçıvan Şəhid Ailələri”
İctimai Birliyinin təşkilatçılığı ilə
yanvar ayında doğulan şəhidlərin xatirəsi yad
edilib.
Rəsmilər, şəhid ailələri, qazilər,
ictimaiyyət nümayəndələrinin, eləcə də
tələbə-gənclərin iştirak etdiyi tədbirdə
Naxçıvan televiziyasının hazırladığı
videoçarx nümayiş olunub.
Naxçıvan Dövlət Universitetinin nəzdində
fəaliyyət göstərən Dövlət Texniki Kollecinin
tələbələri videoçarxda adları çəkilən
Birinci və İkinci Qarabağ müharibəsinin 49 şəhidinin
portretlərini təqdim ediblər.
İctimai birliyin sədri Vətən müharibəsinin
şəhid baş leytenantı Amin Gülməmmədovun
atası Mayis Gülməmmədov Naxçıvanın igid
övladlarından söz açıb, şəhid və
qazilərimizin şərəfli ömür və
döyüş yolunun hər bir gənc üçün əsl
vətənpərvərlik örnəyi olduğunu bildirib.
Şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov
şəhid ailələri adından çıxış edərək
göstərilən diqqət və qayğıya görə
təşəkkür edib.
Sonda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri
şəhidlərin xatirəsinə həsr olunmuş
kompozisiya ilə çıxış ediblər.
Mədəniyyət.- 2024.- 26 yanvar,№7.- S.4.