Yaşıl dünya
naminə – təmiz ətraf mühit, sağlam gələcək
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq
şöbəsində “Əlyazısı günü” (23
yanvar) və Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya
naminə həmrəylik ili” elan edilməsi münasibətilə
“Təmiz ətraf mühit, sağlam gələcək”
mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Müsabiqədə Astara şəhər M.Ə.Sabir
adına 1 və 5 saylı tam orta məktəblərin V sinif
şagirdləri iştirak ediblər. Qaliblərə fəxri
fərman və hədiyyələr təqdim olunub.
***
Masallı rayon Heydər Əliyev Mərkəzində
GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin
Masallı bölməsi ilə birgə “Yaşıl dünya
naminə həmrəylik ili” münasibətilə gənclərlə
görüş keçirilib.
Çıxışlarda qeyd olunub ki, bu gün
dünyanı narahat edən problemlərdən biri də iqlim
dəyişmələridir. Ölkəmiz də bu problemin təsirindən
kənarda qalmayıb. Kənd təsərrüfatı, su
resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və
sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə
həssasdır.
Sonda gənclərlə mövzu ətrafında, eləcə
də gələcəkdə keçiriləcək maarifləndirici
tədbirlər, təlimlər haqqında müzakirələr
aparılıb.
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.4.