Cümhuriyyətin
qurucusu
Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq
Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin
(1884–1955) 140 illiyinin qeyd edilməsi haqqında dövlət
başçısının sərəncamına əsasən
Astara rayon Heydər Əliyev Mərkəzində tədbir
keçirilib.
Tədbirdə Astara şəhər 5 saylı tam orta
məktəbin şagirdləri də iştirak ediblər.
Tədbirdə “Cümhuriyyətimizin banisi Məhəmməd
Əmin Rəsulzadə” adlı film nümayiş olunub.
Çıxışlarda bildirilib ki, M.Ə.Rəsulzadə
XX əsrin ilk onilliklərində Azərbaycanda müstəqillik
idealının gerçəkləşdirilməsi və milli
dövlət quruluşunun dirçəldilməsi yolunda
böyük xidmətlər göstərib. O, siyasi fəaliyyəti
ilə bərabər, dövrün salnaməsinə
çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və
elmi irs yaradıb. Ömrünü mühacirətdə
başa vuran Rəsulzadə müstəqil Azərbaycan
uğrunda mübarizəsindən əl çəkməyib.
Sonda tədbir iştirakçıları Astara rayon
Heydər Əliyev Mərkəzinin fondundakı kitabların sərgisi
ilə tanış olublar.
Mədəniyyət.- 2024.- 26 yanvar,№7.- S.4.