“Rəngkarlıq və teatr bu gün”

 

Rusiyalı və gürcüstanlı ekspertlərin iştirakı ilə müzakirə

 

“YARAT” Müasir İncəsənət Məkanının ÕÕ-ÕÕI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Rəngkarlıq və teatr bu gün” mövzusunda müzakirə keçirilib.

Tədbirdə ekspert qismində Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, rusiyalı sənətşünas, incəsənət tarixçisi Leonid Bajanov, gürcüstanlı tanınmış teatr rejissoru, “Fabrika” teatrının yaradıcısı Robert Sturua iştirak ediblər.

Tədbirin moderatoru qismində vizual sənət nəzəriyyəçisi Elçin Şamilli çıxış edib. O, teatr və rəngkarlıqda absurd, həyat faciəsi mövzusunu rəssam və rejissorun gözü ilə təsvir edib.

Müzakirə zamanı müasir incəsənətdə rəngkarlıq və teatrın vəziyyətindən danışılıb.  Ekspertlər tamaşaçıların suallarını cavablandırıblar.

 

Mədəniyyət.-  2024.- 26 yanvar,¹7.- S.5.