“Matroşka”dan “Qadınım”
çıxdı...
Musiqili Teatrda premyera
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik
Musiqili Teatrında türkiyəli yazıçı-dramaturq
Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında
hazırlanmış “Qadınım” tamaşasının
premyerası olub.
Səhnə əsəri musiqili lirik-psixoloji melodram
janrında təqdim edilib. Süjet xəttinin əsasında
sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda
sonadək mübarizə aparması dayanıb.
Türk retro musiqilərinin canlı ifa olunduğu
tamaşada əsas rolları Əmrah Dadaşov və
Gültac Əlili canlandırıblar. Tamaşada teatrın xor
və balet artistləri də iştirak ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru
Prezident mükafatçısı İradə Gözəlovadır.
Quruluşçu rəssam Vüsal Rəhim, xormeyster Məlahət
Qasımova, musiqi tərtibatçısı Əmrah
Dadaşovdur. Əsərin plastik həlli Əməkdar artist
Nigar Şahmuradovaya, videogörüntüləri isə Murad Həsənova
aiddir.
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.2.