Özbək şair-publisistin
kitablarının təqdimatı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və
Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı
ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin
baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda
çap olunan kitablarının təqdimatı keçirilib.
AYB-nin beynəlxalq məsələlər üzrə
katibi Səlim Babullaoğlu müəllifin
yaradıcılığı, Özbəkistan-Azərbaycan ədəbi-mədəni
əlaqələrindəki rolundan söhbət açıb.
AYB-nin katibi İlqar Fəhmi
çıxışı zamanı qardaş xalqlar arasında
tarixən mövcud olmuş əlaqələrin
inkişafında Xasiyyət Rüstəm kimi ədəbiyyat,
mədəniyyət xadimlərinin xidmətinin alqışa
layiq olduğunu vurğulayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri
İntiqam Yaşar təqdim olunan kitablar haqqında məlumat
verib.
Filologiya elmləri doktoru, professor Ramiz Əskər
Özbəkistan-Azərbaycan əlaqələrinin tarixindən
danışıb.
“Dünya ədəbiyyatı” jurnalının baş
redaktoru Seyfəddin Hüseynli, Özbəkistanın Xalq
yazıçısı Erkin Azam, Özbəkistan
Yazıçılar Birliyinin sədr müavinləri Qeyrət
Məcid, Qafur Şerrmuhammed və başqaları qardaş
xalqlar arasındakı ədəbi əlaqələrdən
söz açıblar.
Tədbirin sonunda Xasiyyət Rüstəm Azərbaycanı
özünün ikinci vətəni hesab etdiyini vurğulayaraq
bir neçə şeirini söyləyib.
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.2.