“Sehrli xalat”ın Rəşidi
dünyadan köçüb
Azərbaycan tamaşaçılarının ötən
əsrin 60-cı illərində çəkilmiş filmlərdən
yaxşı tanıdığı Azər Qurbanov otuz il əvvəl
mühacirət etdiyi Amerikada, Nyu-Cersi ştatında 69
yaşında vəfat edib.
Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan
olub. Bakıda 225 saylı orta məktəbdə təhsil
alıb. Kiçik yaşlarından musiqiyə maraq göstərib.
Anası Xurşid Qurbanova Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının aparıcı solistlərindən
idi. O, anasının təkidi ilə kino sahəsinə
bağlanır. Hələ iki yaşında ikən onu “Bir məhəllədən
iki nəfər” (1957) filmində çəkmişdilər.
Görkəmli rejissor Əlisəttar Atakişiyev
1964-cü ildə lentə aldığı “Sehrli xalat” filminin
siması, milyonlarla tamaşaçının, xüsusilə,
uşaq və yeniyetmələrin sevimlisinə çevirən
Rəşid obrazında onu ekranlara gətirmişdi.
Azər Qurbanov daha sonra “Əcnəbi qız” (1965),
“Bizim oynadığımız dənizdə” (1967), ilk
sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq
olsun” (1967) filmlərində rol alıb.
Filmlərdə yaratdığı obrazlarla parlasa da,
musiqi sahəsində ali təhsil almaq arzusunu da gerçəkləşdirib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının (indiki BMA) Vokal şöbəsindən
məzun olub.
Azər Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi
ştatının Şort-Hills şəhərciyində
yaşayıb, fəaliyyət göstərib. O, bir neçə
il əvvəl yerli mətbuata müsahibəsində
demişdi: “Qayıtmağı çox istərdim, amma indiki
yaşımda nəyisə dəyişmək artıq gecdir. Hərçənd
ABŞ-də yaxşı yaşayıram, lakin doğma
Bakı üçün darıxıram, uşaqlıq illərimi
həyatımın ən parlaq səhifəsi hesab edirəm”.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.5.