Bəşəri bəla
ilə davamlı mübarizə aparılmalıdır
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq
şöbəsində “Narkomaniyaya yox deyək!” mövzusunda
maarifləndirici tədbir keçirilib.
Kitabxananın şöbə müdiri Gülüstan
Dadaşova bildirib ki, bəşəriyyətin ən
ağrılı problemlərindən olan narkomaniya
bütün cəmiyyət üçün eyni dərəcədə
təhlükəlidir.
Qeyd olunub ki, Azərbaycanda narkomaniya ilə mübarizə
məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyası yaradılıb.
Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman
ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli
tam orta məktəbin psixoloqu Elsura Nəzirova və Uşaq
şöbəsinin əməkdaşı Aysel Əhmədova
mövzu ətrafında çıxış ediblər.
Mədəniyyət .-
2024.- 31 yanvar,(¹8).- S.4.