“Hophopnamə” kitab mərkəzində yazarla görüş

   

 

Yazıçı-dramaturq, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva Sabirabad şəhərindəki “Hophopnamə” kitab mərkəzində oxucuların qonağı olub.

Mədəniyyət, təhsil işçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək bölgələrdə ədəbiyyat adamları ilə görüşlərin, imza günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Tədbirin moderatoru Ağalar Ağammədov yazarın “Qadın olmaq”, “Balerina”, “Səhnə” və s. kitabları və “Qobustan” jurnalı haqqında məlumat verib.

Daha sonra müəllif yaradıcılığı barədə danışıb, iştirakçıların suallarını cavablandırıb, kitablarını oxucular üçün imzalayıb.

 

Mədəniyyət .- 2024.- 31 yanvar,(¹8).- S.4.