İstiqlal mücadiləmizin parlaq
siması
Görkəmli ictimai-siyasi xadim, ilk Cümhuriyyətimizin
banisi Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) 140
illiyinin qeyd edilməsi haqqında dövlət
başçısının sərəncamına əsasən,
Astara Tarix-Diyarşünaslıq Muzeyində tədbir təşkil
olunub. Tədbirdə qeyd olunub ki, Rəsulzadə XX əsrin
ilk onilliklərində böhranlı geosiyasi şəraitdə
Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi
və milli dövlət quruluşunun dirçəldilməsi
yolunda böyük xidmətlər göstərib.
Sonda şagirdlərin ifasında vətənpərvərlik
mövzulu şeirlər səsləndirilib.
Lerik rayon Heydər Əliyev Mərkəzi və Arif
Nuriyev adına şəhər 1 nömrəli texniki fənlər
təmayüllü liseyin birgə təşkilatçılığı
ilə “İstiqlal mücadiləmizin parlaq siması – Məhəmməd
Əmin Rəsulzadə” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxışlardan sonra Rəsulzadə haqqında
qısametrajlı film nümayiş etdirilib.
Mədəniyyət .- 2024.- 31 yanvar (№8).- S.4.