Filarmoniyada Dövlət
Simfonik Orkestrinin növbəti konserti
Ìüslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasının səhnəsində Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin növbəti konserti keçirilib.
Filarmoniyadan bildirilib ki, orkestri dirijor Mustafa Mehmandarov
idarə edib. Orkestrin müşayiəti ilə solist Nicat Məmmədov
(fleyta) ifasını dinləyicilərə təqdim edib.
Proqramda Maurice Ravelin “Ma mère l’oye” süitası,
Joaquín Rodriqonun “fleyta və orkestr üçün
konsert-pastoral”ı (Bakıda ilk ifa), Manuel de Fallanın “El
sombrero de tres picos”, 2 saylı süitası (Bakıda ilk ifa) səslənib.
Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.5.