Gənc bəstəkarın
“Rəngli lövhələr”i təqdim edilib
Yanvarın 26-da Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) gənc bəstəkar İlahə
Qismətin “Rəngli lövhələr” fortepiano məcmuəsinin
təqdimatı keçirilib.
ABİ-nin katibi Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova çıxış edərək
bu məkanda vaxtaşırı olaraq gənc bəstəkar və
musiqişünasların yaradıcılığına dair tədbirlərin
keçirildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, İlahə Qismət də belə
istedadlı müəlliflərdən biridir.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının (BMA) elmi tədqiqat laboratoriyasının
müdiri Nuridə İsmayılzadə, Mədəniyyətşünasıq
üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri
Nemət Mürsəlov, BMA-nın doktorantı Fidan Nəsirova-Əhmədova
İlahə Qismətin bəstəkarlıq,
ifaçılıq və elmi fəaliyyəti haqqında
fikirlərini bildiriblər.
“Rəngli lövhələr” məcmuəsinin
uşaqların musiqi tərbiyəsində mühüm əhəmiyyətə
malik olduğu qeyd edilib.
Bəstəkar İlahə Qismət fortepiano məcmuəsinin
yaranması ilə bağlı fikirlərini
bölüşüb.
Sonra balaca ifaçılar “Rəngli lövhələr”dən
musiqi nümunələri səsləndiriblər.
ABİ-nin sədri Xalq artisti Firəngiz Əlizadə
çıxış edərək İlahə Qismətə
yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.5.