Vətənimizin igid gəncləri

 

Gəncləri Gününə həsr edilmiş tədbir

 

Yanvarın 30-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Vətənimizin igid gəncləri” silsiləsindən görüş keçirilib. 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirin qonaqları 44 günlük Vətən müharibəsinin qaziləri – beynəlxalq müsabiqələr laureatı, tarzən Fərid Atazadə və xanəndə Məbud Əhmədov olublar.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə tədbiri açıb.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva tədbirin qonaqları haqqında məlumat verib.

Fərid Atazadə və Məbud Əhmədov keçdikləri döyüş yolu və sənət uğurlarından danışıblar. Hər iki ifaçı musiqi nömrələri ilə də çıxış ediblər.

Tədbirdə gənc musiqiçilərin ifalarının yer aldığı videogörüntülər, döyüş şəkillərindən ibarət slayd nümayiş olunub.

 

Savalan

Mədəniyyət .- 2024.- 31 yanvar (№8).- S.2.