Görkəmli dilçi alimin 95 illiyi ilə bağlı tədbir

 

 

Yanvarın 10-da Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli dilçi-alim, türkoloq, pedaqoq, ictimai xadim, akademik Afad Qurbanovun (1929 – 2009) anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.

Qeyd olunub ki, Afad Qurbanov müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi kimi tanınıb. O, uzun illər təkcə Azərbaycan dili materiallarını deyil, həm də başqa türk xalqlarının dillərini əhatə edən mövzular üzrə tədqiqatlar aparıb, diqqətəlayiq elmi əsərlər ərsəyə gətirib.

Afad Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə nəşr olunub. Tanınmış alim bir sıra ölkələrdə keçirilən elmi konfranslarda ölkəmizi layiqincə təmsil edib.

 

 

Mədəniyyət .- 2024.- 12 yanvar (№3).-S.4.