Gəncə
Filarmoniyasında “Muğam gecələri”
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyası “Muğam gecələri” adlı yeni layihəyə
başlayır.
Fevralın 28-də layihə çərçivəsində
Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov Gəncədə
ilk dəfə solo konsert proqramı ilə
çıxış edəcək.
Xanəndəni tarda Xalq artisti Elçin Həşimov,
kamançada Əməkdar artist Elnur Əhmədov,
nağarada Əməkdar artist Kamran Kərimov müşayiət
edəcək.
Biletləri Gəncə Dövlət
Filarmoniyasının kassalarından, eləcə də
iticket.az saytından əldə etmək olar.
“Muğam gecələri” layihəsinin media tərəfdaşları
arasında “Mədəniyyət” qəzeti də var.
Mədəniyyət .- 2024.- 12 yanvar (¹3).-S.4.