“Qərbi Azərbaycandakı izimiz, sözümüz”

 

 

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi (Qurbanov) və tarixçi Anar Hüseynovun həmmüəllifi olduqları “Qərbi Azərbaycandakı izimiz, sözümüz” kitabı çapdan çıxıb.

İnstitutdan bildirilib ki, kitabda əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun Təzə İbiş və Qoncalı kəndlərində yaşayan Bayraməlilər tayfasının tanınmış adamları, tayfanın hikmət və kəramət sahibi olan şəxsləri haqqında məlumat və xatirələr verilib, aşıq və el şairlərinin şeirləri, bölgəyə məxsus folklor örnəkləri təqdim olunub.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Nigar Həsənovadır.

 

Mədəniyyət .- 2024.- 12 yanvar (№3).-S.4.