Polşa səfiri Milli Azərbaycan
Tarixi Muzeyində
Polşanın ölkəmizdəki səfiri Rafal
Poborski Milli Azərbaycan Tarixi Muzeyində olub. Bu barədə
muzeydən məlumat verilib.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı ilə
görüşdə Polşanın Azərbaycandakı tarixi
irsi, Azərbaycan-Polşa mədəni-tarixi əlaqələri
ilə bağlı müzakirələr aparılıb. Həmçinin
Polşa tərəfi ilə muzey arasında səmərəli
əməkdaşlıq layihələrindən bəhs edilib.
Diqqətə çatdırılıb ki, muzeyin yerləşdiyi,
vaxtilə məşhur xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin mülkü olmuş tarixi bina polşalı
memar İosif Qoslavskinin layihəsi ilə tikilib.
Sonra səfir binada fəaliyyət göstərən
Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyini ziyarət edib.
Qonağa muzeyin dəyərli eksponatları əsasında
hazırlanmış nəşrlər hədiyyə olunub.
Mədəniyyət .- 2024.- 12 yanvar(№3).-S.3.