Xalça Muzeyində “Zamana qalib gələn
milli irsimiz”
Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn
milli irsimiz” adlı sərgi təşkil edilib.
Yanvarın 12-də açılışı olan sərgidə
2022 - 2023-cü illər ərzində muzeyin Xalça və
dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa
və profilaktik nəzarət şöbəsində
konservasiya olunmuş 30-dək eksponat təqdim edilir.
Ekspozisiyaya XVII–XX əsrlərə, həmçinin
müasir dövrə aid nadir xalçalar, nəfis xalça
məmulatları, zərif tikmələr, milli geyim və qiymətli
zərgərlik nümunələri, bədii metal və
saxsı qablar aiddir.
Mədəniyyət .- 2024.- 12 yanvar(¹3).-S.1.