Baba Vəziroğlu
“Şərəf” ordeni ilə təltif edilib
Əməkdar
incəsənət xadimi, şair, tərcüməçi,
ssenarist Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov) Azərbaycan
ədəbiyyatının inkişafında uzunmüddətli
səmərəli fəaliyyətinə görə “Şərəf”
ordeni ilə təltif edilib.
Prezident
İlham Əliyev bununla bağlı yanvarın 11-də sərəncam
imzalayıb.
Qeyd
edək ki, yanvarın 10-da Baba Vəziroğlunun 70 yaşı
tamam olub. Sənətkarı yubileyi və dövlət təltifi
münasibətilə təbrik edirik.
Mədəniyyət
.- 2024.-12 yanvar(№3).-S.2.