“Səhər
qonağı” – şəhidin anım tədbiri
Bərdə rayon Mədəniyyət Mərkəzində
Vətən müharibəsi şəhidi Fəxri Qəribzadənin
doğum günü ilə əlaqədar “Səhər
qonağı” adlı ədəbi-bədii gecə təşkil
edilib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunduqdan sonra F.Qəribzadənin ailə üzvləri
və digər iştirakçılar çıxış edərək
Azərbaycan Ordusunun qüdrətindən söz
açıblar. Bildiriblər ki, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi, qəhrəman
oğullarımızın misilsiz cəsarəti sayəsində
torpaqlarımız düşməndən azad edilib,
suverenliyimiz bərpa olunub.
Tədbirdə musiqi məktəblərinin kollektivləri
tərəfindən vətənpərvərlik mövzusunda
mahnılar oxunub, şeirlər səsləndirilib, Mədəniyyət
Mərkəzinin nəzdində fəaliyyət göstərən
Xalq teatrının təqdimatında “Fəxrli fəxrimiz”
adlı tamaşa nümayiş etdirilib.
Qeyd edək ki, Fəxri Qəribzadə 1994-cü il
yanvarın 10-da Bərdənin Güloğlular kəndində
anadan olub. Vətən müharibəsi zamanı oktyabrın
10-da Ağdərə istiqamətində döyüşlərdə
şəhadətə yüksəlib. Ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Vətən uğrunda”,
“Suqovuşanın azad olunmasına görə” və “Cəsur
döyüşçü” medalları ilə təltif edilib.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.4.