“Şərur folklor
örnəkləri”nin II cildi
AMEA-nın
Folklor İnstitutu Elmi şurasının qərarı ilə
“Şərur folklor örnəkləri” kitabının II cildi
nəşr olunub.
Bu
barədə institutdan bildirilib. Kitabdakı folklor nümunələri
bir söyləyicidən – Folklor İnstitutunun elmi
işçisi əslən Naxçıvan Muxtar Respublikasının
Şərur rayonunun Havuş kəndindən olan Südabə
Həsənovadan toplanıb. Südabə Həsənovanın
söylədiyi bütün folklor örnəkləri onun
uşaq vaxtı öz ailəsinin yaşlı üzvlərindən
eşitdikləri, Şərurun tarixi kəndlərindən
biri olan Havuşda gördükləridir. Topluda müxtəlif
lirik və epik folklor nümunələri, etnoqrafik mətnlər
və Havuş kəndinə aid toponimlər təqdim olunub.
“Elm
və təhsil” nəşriyyatında işıq üzü
görən kitabın layihə rəhbəri akademik Muxtar
İmanov, toplayıb tərtib edən və ön söz
müəllifi filologiya üzrə fəlsəfə doktoru
dosent Ləman Vaqifqızı (Süleymanova), elmi redaktoru
filologiya elmləri doktoru professor Əfzələddin Əsgərdir.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.7.