“Payız sonatası”ndan “Tanrı əmanəti”nə

 

 

2023-cü ili uğurla başa vuran Lənkəran Dövlət Dram Teatrının cari il üçün də planları çoxdur.

İlin ilk aylarında “Payız sonatası” (müəllif İnqmar Berqman, rejissor Emil Əskərov,) tamaşası ilə yanaşı, 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə əlaqədar ədəbi-bədii kompozisiyaların hazırlanması nəzərdə tutulub. Novruz bayramı üçün də iki uşaq tamaşasının hazırlıq prosesi gedir. İkinci rübdə “Altıncı” (Ülviyyə Heydərova, Əliyar Əliyev) tamaşası ilə yanaşı, məktəblilərin aprel tətili üçün daha bir uşaq tamaşası hazırlanacaq.

Bundan əlavə, “Tanrı quşu gəlmədi” (Cavid Zeynallı, Anar Babalı) və “Tanrı əmanəti” (Qafar Cəfərli, Anar Babalı) tamaşaları müvafiq olaraq üçüncü və dördüncü rüblər üçün nəzərdə tutulur.

Ölkə başçısının müvafiq sərəncamı ilə bu il Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd ediləcək. Bununla bağlı yaradıcı heyət müxtəlif səpkili tədbirlərin (bədii kompozisiya və s.) təşkilində iştirak edəcək. Həmçinin gənclərin maarifləndirilməsi üçün narkomaniya əleyhinə tamaşanın hazırlanması da illik plana daxildir.

 

Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.4.