Tanınmış el şairi
haqqında kitabın təqdimatı
Naxçıvan Dövlət Universitetinin (NDU)
kitabxanasında bu təhsil ocağının Xalq
çalğı alətləri kafedrasının dosenti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Bənövşə
Rzayevanın “Ululu Kərim” kitabının təqdimatı
keçirilib.
NDU-nun elmi katibi Orxan Cəfərov müəllifin tədqiqatları
haqqında məlumat verib.
Muzeyşünaslıq, arxiv işi və
kitabxanaçılıq kafedrasının dosenti Sədaqət
Nemət, AMEA-nın Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu Onomastika şöbəsinin
müdiri dosent Firudin Rzayev və digər
çıxış edənlər kitabın elmi məziyyətlərindən
söz açıblar.
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, musiqişünas, professor Zemfira Qafarova və
folklorşünas, publisist Əli Şamil də tədbirə
onlayn qoşularaq kitab haqqına fikirlərini
bölüşüblər.
Çıxışlardan sonra Ululu Kərimin sözləri
üstündə aşıq havaları səsləndirilib.
Müəllif Bənövşə Rzayeva tədbir təşkilatçılarına
və çıxış edənlərə minnətdarlığını
bildirib.
Qeyd edək ki, XVIII əsrin sonu – XIX əsrdə yaşamış el
şairi Ululu Kərim Qərbi Azərbaycanda doğulub, sonradan
Naxçıvanın Şahbuz rayonunda məskunlaşıb,
orada dünyasını dəyişib.
El şairi haqqında kitabın elmi redaktoru filologiya
elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçiləri
– sənətşünaslıq elmləri doktoru, professor Nailə
Rəhimbəyli və filologiya üzrə fəlsəfə
doktoru Elxan Məmmədlidir.
Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.4.