Muxtar respublikanın
yaşıdı olan muzey
Yanvarın 17-də Naxçıvan Muxtar
Respublikası (NMR) Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Naxçıvan Dövlət Tarix Muzeyində “100 illik
diyarın 100 yaşlı muzeyi” mövzusunda tədbir
keçirilib.
NMR Mədəniyyət Nazirliyi Aparatının rəhbəri
Piri Nağıyev bildirib ki, bu il fevralın 9-da muxtar
respublikanın yaradılmasının 100 ili tamam olur. Bununla
bağlı 30 dekabr 2023-cü il tarixdə Prezident İlham
Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama
əsasən, ölkəmizdə elmi və mədəni-kütləvi
tədbirlər keçiriləcək.
Bildirilib ki, bu il oktyabrın 30-da Naxçıvan
Dövlət Tarix Muzeyinin yaradılmasının da 100 ili tamam
olur. Muzey Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30
oktyabr 1924-cü il tarixli qərarı ilə yaradılıb.
Tədbirdə digər çıxış edənlər
Naxçıvanın tarixi, etnoqrafiyası və mədəniyyətinin
təbliğində Naxçıvan Dövlət Tarix Muzeyinin
rolu haqqında fikirlərini bölüşüblər.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Mədəniyyət .- 2024.- 19 yanvar(№5).-S.4.