20 Yanvar xalqın yenilməzliyinin
nümayişi idi
Bakı Şəhər İcra Hakimiyyəti
(BŞİH) Humanitar şöbəsinin və Bakı Kitab Mərkəzinin
birgə təşkilatçılığı ilə “20
Yanvar – müstəqilliyimizə gedən yol” adlı tədbir
keçirilib.
BŞİH-in Mətbuat xidmətindən bildiriblər
ki, Bakı Kitab Mərkəzində təşkil olunan tədbirdə
müharibə veteranları, qazilər, şəhid
övladları və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Mərkəzin direktoru Günel Rzayeva
iştirakçıları salamlayaraq bildirib ki, bu gün
böyüməkdə olan nəslin taleyinə Azərbaycanın
ərazi bütövlüyünün bərpası və
suverenliyinin tam bərqərar olması kimi möcüzəni
görmək və yaşamaq nəsib olub.
Bakı Şəhər İcra Hakimiyyətinin
İctimai-siyasi, humanitar məsələlər və dini
qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Azərbaycan
tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvardan 34 il
ötdüyünü qeyd edib. Bildirib ki, həmin gün Azərbaycan
xalqı azadlıq uğrunda mübarizə əzminin heç
bir qüvvə tərəfindən qırıla bilinməyəcəyini
nümayiş etdirdi. Vətən müharibəsi və
sonrakı hərbi əməliyyatlar xalqımızın yenilməz,
məğrur olduğunu bir daha dünyaya göstərdi.
3 saylı Uşaq-gənclər inkişaf mərkəzinin
azyaşlı aktyorlarının ifasında “20 Yanvar – müstəqilliyimizə
gedən yol” adlı ədəbi-bədii kompozisiya
nümayiş olunub.
Sonda şəhid övladlarına Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən hazırlanmış
“Heydər Əliyev və Azərbaycan tarixi” və Prezident
İlham Əliyevin fəaliyyətinə həsr olunan “Bizim
böyük Qələbəmiz” adlı kitablar, həmçinin
təşkilatçıların hədiyyələri təqdim
edilib.
Mədəniyyət .- 2024.- 19 yanvar(¹5).-S.3.