“Elə bil dünəndi ömrün baharı...”

 

Yanvarın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 70 illik yubileyinə həsr olunmuş “Elə bil dünəndi ömrün baharı...” adlı tədbir keçirilib.

Tədbir Baba Vəziroğlunun zəngin yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda şairin kitab, mütaliə və onun əhəmiyyəti haqqında söylədiyi fikirlər, öz ifasında səsləndirdiyi şeirlər təqdim edilib.

Sonra şair öz dilindən poeziya çələngi dinlənilib, fəal oxucuların ifasında şairin şeirləri, sözlərinə yazılan musiqilər səsləndirilib.

Həmçinin Baba Vəziroğlu oxucuların suallarını cavablandırıb, kitablarını onlar üçün imzalayıb.

 

Mədəniyyət .- 2024.- 19 yanvar(№5).-S.3.