“İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsində qalib yoxdur

 

Videoçarxlar qənaətbəxş sayılmayıb

 

Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən elan edilən “İrsimizi tanıyaq, tanıdaq” müsabiqəsi üzrə ekspert komissiyasının iclası keçirilib.

İclasın nəticələrini əks etdirən protokola əsasən təqdim olunan videoçarxlar keyfiyyət baxımından qənaətbəxş olmadığına və müsabiqə şərtlərinə cavab vermədiyinə görə qaliblərin müəyyənləşdirilməsi mümkün olmayıb.

 

Mədəniyyət .- 2024.- 19 yanvar(№5).-S.5.