Milli Kitabxanada 20 Yanvarın
ildönümünə həsr olunmuş tədbir
18 yanvar tarixində Milli Kitabxanada 20 Yanvar hadisəsinin
34-cü ildönümünə həsr olunan tədbir
keçirilib. Tədbirdə Azərbaycanın müstəqilliyi
uğrunda canından keçən şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində 20 Yanvar gününün
xalqımızın yaddaşında həm hüzn, həm də
qürur günü olduğu qeyd edilib. 20 Yanvar şəhidlərinin
xatirəsinin xalqımız tərəfindən hər zaman
yad olunduğu bildirilib.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanan “20 Yanvar – Qan
yaddaşımızdır” adlı elektron məlumat bazası
və “20 Yanvar Ümumxalq hüzn və qürur
günüdür” adlı ənənəvi kitab sərgisi təqdim
olunub.
Sərgidə yanvarın 19-dan 20-nə keçən
gecə baş verən hadisələri əks etdirən
kitablar və dövri mətbuat səhifələrində dərc
olunan məqalələr nümayiş olunub.
Mədəniyyət .- 2024.- 19 yanvar(№5).-S.3.