Şəkinin Orta əsrlər
tarixinə dair nəşrin təqdimatı
Yanvarın 19-da Şəki Heydər Əliyev Mərkəzində
“Şəkinin Orta əsrlər tarixi” (Tağı Musəvinin
tədqiqatları üzrə) adlı kitabın təqdimat mərasimi
keçirilib.
Kitabı Azərbaycan Dövlət Pedaqoji Universiteti
Şəki filialının müəllimi, AMEA Şəki
Regional Elmi Mərkəzi Tarix, arxeologiya və epiqrafika
şöbəsinin müdiri Rahim Həsənov və
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin
əməkdaşı Aydın Məmmədov birlikdə tərtib
ediblər.
Təqdimatda Milli Məclisin deputatı Vüqar İsgəndərov,
Şəki Şəhər İcra Hakimiyyəti
başçısının müavini Elman İmamverdiyev,
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif
Şükürlü, M.F.Axundzadə adına Mədəniyyət
Mərkəzinin direktoru Aqaəli Cəlilov, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Çıxışlarda Tağı Musəvinin Azərbaycanın
Orta əsrlər tarixinin öyrənilməsi işində
rolundan söz açılıb, kitabın Şəkinin Orta əsrlər
tarixinin öyrənilməsi sahəsində xüsusi əhəmiyyətini
vurğulayıblar.
Sonda kitabın tərtibçiləri Rahim Həsənov
və Aydın Məmmədov Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı yerli komitəsinin
fəxri fərmanı ilə təltif olunublar.
Mədəniyyət .- 2024.- 24 yanvar(№6).-S.4.