Tariximizin şərəf və qəhrəmanlıq
səhifəsi
Bölgələrdə 20 Yanvar – Ümumxalq Hüzn
Günü münasibətilə müxtəlif səpkili tədbirlər
keçirilib.
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS Mərkəzi Kitabxanasının Uşaq
şöbəsi tərəfindən “20 Yanvar – qan
yaddaşımız” adlı rəsm və kitab sərgisi
keçirilib. Sərgidə fəal oxucuların 20 Yanvar faciəsinə
həsr etdikləri rəsmlər, Qanlı Yanvar haqqında
yazılmış kitablar nümayiş olunub.
Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən
oxu zalında “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq
səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə
Tələt Mikayılov adına şəhər 5 saylı tam
orta məktəbin şagirdləri şəhidlərə həsr
olunmuş kompozisiya ilə çıxış ediblər.
Sonda “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq
salnaməsidir” adlı videoçarx nümayiş olunub, “Şəhidlərimizin
əziz xatirəsi heç vaxt unudulmayacaq” adlı kitab sərgisinə
baxış keçirilib.
Şabran Tarix-Diyarşünaslıq Muzeyində “20
Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi”
adlı tədbir təşkil edilib. Şabran rayon
Aygünlü kənd tam orta məktəbin müəllim və
şagird kollektivinin hazırladığı kompozisiya
nümayiş etdirilib, “20 Yanvar – 34 il” adlı sərgiyə
baxış olub.
Qusar rayon Mədəniyyət Mərkəzi və
filiallarının əməkdaşları 20 Yanvar faciəsinin
34-cü ildönümü ilə əlaqədar Qusar Şəhidlər
xiyabanını ziyarət ediblər. Daha sonra Mədəniyyət
Mərkəzinin tamaşa zalında “Qan yaddaşımız –
20 Yanvar faciəsi” adlı ədəbi-bədii kompozisiya
nümayiş etdirilib.
***
Şirvan-Salyan RMİ-nin təşkilatçılığı
ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində
20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi
keçirilib. Sərginin açılış mərasimində
Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, rayon
musiqi və incəsənət məktəblərinin pedaqoji
heyəti iştirak edib. “20 Yanvar milli qürur
günümüzdür” adlı sərgidə Biləsuvar
şəhər Orxan Əkbərov adına Uşaq incəsənət
məktəbi və Nihad Babayev adına Xırmandalı kənd
Uşaq incəsənət məktəbi şagirdlərinin əl
işləri nümayiş olunub.
Biləsuvar rayon Mədəniyyət Mərkəzində
20 Yanvar faciəsinə həsr olunan “Qisas”
tamaşasının premyerası keçirilib. Biləsuvar
rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət
göstərən “Pəncərə” teatrının
hazırladığı tamaşada xalqımızın
azadlığı və ölkəmizin ərazi
bütövlüyü uğrunda canlarını fəda
etmiş şəhidlərimizin qəhrəmanlığından
bəhs olunur. Yazıçı-publisist Ruhiyyə Abbaszadənin
“Qisas” hekayəsinin motivləri əsasında hazırlanan
tamaşanın rejissorları İlqar Dadaşov və Cahangir
Məlikovdur. Tamaşada rolları Adil Əhmədov, Cahangir Məlikov,
Günel Mirzəyeva, Seymur Həsənov, Sevil Əliyeva, Ceyhun
Haxverdiyev, Vasif Əsgərov və Harun Haxverdiyev ifa ediblər.
Tamaşadan sonra çıxış edən RMİ-nin rəisi
Şahin Şahbazov yaradıcı heyətə təşəkkürünü
bildirib.
***
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət
Mərkəzində Qara Yanvarın ildönümü
münasibətilə anım tədbiri keçirilib. Əvvəlcə
İsmayıllı şəhərindəki Şəhidlər
xiyabanı ziyarət olunub, məzarların önünə
gül dəstələri düzülüb. Mədəniyyət
Mərkəzində davam edən tədbirdə bədii
kompozisiya və Bakı Uşaq və Gənclər
Teatrının hazırladığı “Vətən”
tamaşası nümayiş olunub.
***
Mərkəzi Aran RMİ-nin tabeliyində fəaliyyət
göstərən mədəniyyət müəssisələrində
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar
anım tədbirləri keçirilib. Şəhidlərin ailə
üzvlərinin, qazilərin, rayon ictimaiyyətinin, məktəblilərin,
idarə, müəssisə və təşkilatların, mədəniyyət
müəssisələrinin əməkdaşlarının
iştirak etdiyi tədbirlərdə faciə
qurbanlarının xatirələri yad edilib, kitablardan və rəsmlərdən
ibarət sərgilər təşkil olunub. Tədbir
iştirakçıları 20 Yanvar həqiqətlərini əks
etdirən videoçarx, film və kompozisiyaları izləyiblər.
***
Şərqi Zəngəzur RMİ-nin tabeliyindəki
müəssisələrdə 20 Yanvarın ildönümü
münasibətilə silsilə tədbirlər təşkil olunub.
Bildirilib ki, bu qanlı hadisələrdən illər keçməsinə
baxmayaraq, xalqımız 20 Yanvar faciəsi qurbanlarının o
qanlı gecədə nümayiş etdirdiyi birliyi, sarsılmaz
iradəni heç vaxt unutmayacaq. Vətən yolunda, el yolunda
şəhid olanlar heç vaxt unudulmurlar və onların xatirəsi
nəsillər dəyişsə də, ürəklərdə
əbədi yaşayacaq
***
Füzuli rayon Böyük Bəhmənli kənd Mədəniyyət
evində keçirilən anım tədbirində 20 Yanvar faciəsinin
tarixindən və nəticələrindən
danışılıb. Tədbirin sonunda Mədəniyyət
evində fəaliyyət göstərən dərnək
üzvlərinin hazırladığı “Qanlı Yanvar gecəsi”
adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Ağcabədi şəhər Üzeyir Hacıbəyli
adına Qarabağ Muğam Mərkəzində 20 Yanvarın
34-cü ildönümünə həsr olunmuş tədbir
keçirilib. Çıxışlarda 1990-cı ilin yanvar
hadisələrindən, faciənin baş vermə səbəblərindən
söz açılıb. Sonra bu faciə ilə bağlı
həqiqətləri əks etdirən videoçarx
nümayiş olunub.
***
Tovuz rayon Abulbəyli kənd Folklor evində Tovuz
Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən
rəsm dərnəyi üzvlərinin əl işlərindən
ibarət “Azadlığa gedən yolun əzabları” adlı
rəsm sərgisi təşkil edilib.
Ağstafa rayon Mədəniyyət Mərkəzində
“Azadlığın təməli” adlı tədbir
keçirilib. Mədəniyyət işçilərinin
iştirakı ilə gerçəkləşən tədbirdə
qanlı Yanvar hadisələrini özündə əks etdirən
kitab sərgisi nümayiş olunub. Tədbir yerli incəsənət
nümayəndələrinin, eləcə də məktəblilərin
təqdimatında şəhidlərə həsr olunan musiqilər
və ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
***
Gəncə-Daşkəsən RMİ-nin tabeliyində
fəaliyyət göstərən müəssisələrdə
də 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr
olunmuş silsilə tədbirlər keçirilib.
***
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində
Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara
regional nümayəndəliyi ilə birgə “20 Yanvar həqiqətləri”
adlı tədbir keçirilib. Əvvəlcə mərkəzin
foyesində məktəblilərin mövzuya dair rəsm əsərlərindən
ibarət sərgiyə baxış olub.
Çıxışlardan sonra qəhrəman vətən
övladlarının 34 il əvvəl göstərdikləri
şücaətdən bəhs edən sənədli film
göstərilib.
Lerik rayon Mədəniyyət Mərkəzində
keçirilən anım tədbirində əvvəlcə Lənkəran
Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev
çıxış edərək tədbir iştirakçılarına
20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Daha
sonra mərkəzin dəvəti ilə tədbirdə
iştirak edən Lənkəran Dövlət Dram
Teatrının kollektivi Emil Əskərovun “Azadlıq
qatarı” adlı kompozisiyasını nümayiş etdirib.
Oqtay Kazımi adına Astara şəhər Uşaq
musiqi məktəbində anım tədbiri keçirilib.
Şagirdlərin ifasında şeirlər səsləndirilib,
kompozisiyalar nümayiş etdirilib. Sonda tədbir
iştirakçıları Astara Şəhidlər
xiyabanını ziyarət ediblər.
Yardımlı Dövlət Rəsm Qalereyasında
“Qanlı Yanvar” adlı tədbir təşkil edilib.
Çıxışlarda 1990-cı il yanvarın 20-nə
keçən gecə Bakıda baş verən qanlı hadisədən,
xalqımızın milli azadlıq və ərazi
bütövlüyü uğrunda mübarizəsindən
danışılıb. Sonda tədbir
iştirakçıları Qanlı Yanvara həsr olunmuş rəsm
sərgisinə baxış keçiriblər.
N.Məmmədli
Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.4.