Gənclər səhnəsində
premyeralar: “Uçqun” və “Ezop”
Sumqayıt Dövlət Dram Teatrında növbəti
premyeralar olacaq. Kollektiv yanvarın son həftəsində
Əməkdar mədəniyyət işçisi Vasif Məmmədovun
yozumunda hazırlanan “Uçqun” (T.Cücenoğlu) və
Əməkdar artist Namis Şirməmmədovun
hazırladığı “Ezop” (G.Fiqeyredo) tamaşaları ilə
sənətsevərlərin görüşünə gələcək.
Sənət ocağında daha bir tamaşanın məşqləri
başlanıb. G.Xuqayevin “Varlı ev” əsərinə
teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov
quruluş verir.
Baş rejissor Çingiz Aytmatovun “Dəniz kənarı
ilə qaçan alabaş” əsərini də səhnələşdirəcək.
Teatrın cari il üçün yaradıcılıq
planında Xalq yazıçısı Anarın “Şəhərin
yay günləri” əsəri də var. Əsərə Namis
Şirməmmədov quruluş verəcək.
Yaradıcı kollektiv balaca
tamaşaçıları da unutmur. Rejissor Fuad Kazımovun
yozumunda “Siçanlar pendiri çox sevir” (D.Urban) və Əməkdar
mədəniyyət işçisi Vasif Məmmədovun
quruluşunda “Sehrin gücü” (Ş.Perro) əsərləri
səhnəyə çıxacaq.
Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.5.