Klassika hər zaman yenidir
“Qaraca qız” yenidən səhnəyə
çıxacaq
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında “Qaraca qız”
tamaşasının (müəlliflər Süleyman Sani
Axundov və Abdulla Şaiq) oxunuş məşqlərinə
başlanılıb.
Yeni yaradıcılıq işinin quruluşçu
rejissoru Xalq artisti Cənnət Səlimova, rəssam Nisə Hətəmova,
musiqi tərtibatçısı İradə Muradovadır.
Tamaşada Əməkdar artistlər Qəmər Məmmədova,
Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva,
aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə
Əliməmmədova, Zemfira Əbdülsəmədova,
İradə Rəşidova, Ədalət Əbdülsəməd,
Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar
Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər
Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva,
Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova,
Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov
iştirak edəcəklər.
Qeyd edək ki, indiyədək dəfələrlə
səhnələşdirilən, ekranlaşdırılan (1966)
“Qaraca qız” Azərbaycan uşaq ədəbiyyatının
klassik nümunəsidir.
S.S.Axundovun 1912-1914-cü illərdə qələmə
aldığı “Qorxulu nağıllar”dan biri olan “Qaraca
qız” hekayəsi əsasında 1948-ci ildə şair,
yazıçı, Azərbaycan uşaq dramaturgiyasının
klassiki Abdulla Şaiq Gənc Tamaşaçılar Teatrı
üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər
ölkənin bir çox teatrlarında tamaşaya qoyulub.
Bundan əlavə, bəstəkar Əşrəf Abbasov bu əsər
əsasında Azərbaycanda uşaqlar üçün ilk
balet (libretto müəllifi Əfrasiyab Bədəlbəyli)
yaradıb.
Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.3.