Uşaq Kitabxanasının anım
tədbirləri
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının 2 nömrəli filialı Y.Yusifov adına
265 nömrəli məktəbin VIII sinif şagirdləri ilə
birgə 265 saylı məktəbdə “20 Yanvar – qəhrəmanlıq
salnaməsi” adlı tədbir keçirib.
20 Yanvar faciəsində canlarından keçmiş
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Məktəbin kitabxanaçısı N.Əhmədova
20 Yanvar gününün Azərbaycanın müasir tarixinə
təkcə dəhşətli faciə deyil, eyni zamanda
xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil
olduğunu qeyd edib. Bildirilib ki, yalnız Ulu öndər Heydər
Əliyevin Azərbaycan hakimiyyətinə
qayıdışından sonra 20 Yanvar hadisələrinə
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət
verilib.
Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşı
G.Seyidova bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla
yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın
istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq
istəyinin oyanış günüdür.
Tədbirdə ənənəvi kitab sərgisi
nümayiş olunub.
***
Respublika Uşaq Kitabxanasının 3 saylı
filialı və H.Cəbrayılov adına 99 nömrəli tam
orta məktəbin birgə təşkilatçılığı
ilə 20 Yanvar hadisəsinin 34-cü ildönümü
münasibətilə "Qəhrəmanlıq zirvəsi"
adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından
keçən Vətən övladlarının əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlərin ifasında şeirlər
səslənib və 20 Yanvar hadisələrindən bəhs edən
videoçarx nümayiş etdirilib. Məktəbin foyesində
kitab sərgisi nümayiş olunub. Sərgidə o məşum
gecəni əks etdirən kitablar yer alıb.ilə
bağlı UNESCO siyahısına salınan
üçüncü irs nümunəsidir. 2016-cı ildə
“Nazik çörəyin hazırlanması və
paylaşılması mədəniyyəti – lavaş,
katırma, jupka, yufka” çoxmilli nominasiya faylı (Azərbaycan,
İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə),
2017-ci ildə isə Azərbaycanın təqdim etdiyi “Mədəni
kimliyin göstəricisi dolmanın bişirilməsi və
paylaşılması ənənəsi” adlı mili nominasiya
faylı Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Onu da qeyd edək ki, Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
salınmış “Azərbaycanda təndir sənətkarlığı
və çörək bişirmə mədəniyyəti”
nominasiyasının sertifikatı Hökumətlərarası
Komitənin 19-cu sessiyası çərçivəsində
xüsusi mərasimdə ölkəmizin nümayəndə
heyətinə təqdim edilib.
Bu barədə UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasından məlumat verilib.
Mədəniyyət .-
2024.- 24 yanvar(¹6).-S.7.