Mərkəzi İncəsənət
Məktəbində xatirə axşamı
Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbində (MİM) 20 Yanvar – Ümumxalq Hüzn
Günü ilə bağlı anım tədbiri
keçirilib.
Məktəbin Nəzəriyyə şöbəsinin
müəllimi, musiqişünas Leyla Həsənova
çıxış edərək 1990-cı ilin 20
yanvarında Bakıda törədilən qırğın
haqqında videoçarxlar və slaydlar vasitəsilə məlumat
verib. Faciənin şahidlərindən alınan müsahibələrdən
ibarət videokadrlar nümayiş etdirilib.
Məktəbin müəllimləri Nəbi Quliyev (tar)
və Azad Rzayev (gitara) “Rekviyem”, Elnur Məmmədov (tar) “Fəryad”
filmindən saundtrek, Samir Əsədli (tar) isə “Laylay” əsərlərini
ifa ediblər.
Həmçinin şagird və müəllimlərin
birgə ifasında “Hüzn
valsı”, “Ana, mən şəhid oldum” və s. əsərlər
səsləndirilib.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının
aparıcısı, qiraətçi Hüseynağa Aslanov Xalq
şairi Ramiz Rövşənin “Qapı” şeirini qiraət
edib.
Tədbirdə məktəbin Xoreoqrafiya və rəssamlıq
şöbəsinin rəsm ixtisası üzrə müəllimi
Nigar Şıxəliyevanın şagirdləri tərəfindən
ərsəyə gətirilən rəsmlər də
nümayiş etdirilib.
Mədəniyyət .- 2024.- 24 yanvar(¹6).-S.5.