“Uşaqlar üçün incəsənət
tarixi”
Azərbaycan Milli İncəsənət Muzeyi
“Uşaqlar üçün incəsənət tarixi” adlı
yeni layihəni həyata keçirir.
Həftənin şənbə və bazar günləri
layihə çərçivəsində uşaqlar sərgüzəştlərlə
dolu sənət dünyasına qərq olacaq, müxtəlif
dövrlərə səyahət edəcəklər.
Azərbaycan və dünya incəsənətinin əhatə
olunduğu layihədə balacalar qədim zamanlardan
günümüzədək davam edən incəsənət
tarixi haqqında yeni biliklər əldə edəcək,
mühazirələr dinləyəcək, tarixə və mədəniyyətə
təsir göstərmiş şah əsərlərlə
tanış olacaqlar.
Layihə qədim Misir incəsənəti ilə
başlayır. Yanvar ayının şənbə və bazar
günləri keçiriləcək proqramda uşaqlar Misir incəsənətinin
tarixi, əzəmətli piramidaları, fironların sirli
dünyası, qədim misirlilərin
dünyagörüşü, məişəti, geyim tərzi
və s. haqqında məlumatlar əldə edəcək, firon
maskası və bu zəngin mədəniyyətdən bizə
məlum olan bəzək aksesuarları hazırlayacaqlar.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.7.