Kitabxanada tarixi Zəfərə həsr
olunan poemanın təqdimatı
Yasamal rayon Heydər Əliyev Mərkəzində
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanasının fəxri oxucusu, yazıçı-publisist,
şair Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir”
poemasının təqdimatı keçirilib.
MKS-nin direktoru Lətifə Məmmədova qeyd edib ki,
S.Xəlilqızının poeması Azərbaycanın ərazi
bütövlüyü uğrunda şəhid olanların əziz
xatirəsinə ithaf olunub. Diqqətə
çatdırılıb ki, müəllifin
yaradıcılığının əsas mövzusunu vətənpərvərlik,
Qarabağ hadisələri, şəhidlər təşkil
edir.
Təqdimatda Vətən müharibəsi şəhidi
polkovnik Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova, şəhid
qardaşlar Bəhram və İman Məmmədzadələrin
atası Elman Məmmədov, şəhid Əmirulla
Əliyevin atası Vahid Əliyev, Xüsusi Təyinatlı
Qüvvələrin polkovniki Murad Beydiyev, Xüsusi Təyinatlı
Qüvvələrdə döyüşmüş zabit, qazi
Polad Rzayev və başqaları çıxış ediblər.
Tədbirin bədii hissəsində “Mehriban” mahnı və
rəqs kollektivi (rəqs üzrə bədii rəhbər Səbinə
Nəcəfova, vokal üzrə bədii rəhbər Esmiralda
Hüseynova) üzvlərinin, Azərbaycan Milli
Konservatoriyasının məzunu İslam Qasımov və
R.Behbudov adına Dövlət Mahnı Teatrının solisti
Günay Məmmədovanın ifasında şeir və
mahnılar səslənib.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.3.