Filarmoniyada musiqi
axşamları
Ì.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının səhnəsində növbəti konsert
proqramları təqdim edilib.
Yanvarın 12-də Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin konserti keçirilib. Bədii rəhbər
və baş dirijor Əməkdar artist Fuad İbrahimovun idarə
etdiyi konsertin solisti Əməkdar artist Aleksey Miltıx (cello)
olub.
Musiqi axşamında P.İ.Çaykovskinin “2 saylı
simfoniya” (c-moll, op.17), B.Smetanın “Vltav” simfonik poeması və
A.Dvorjakın “Cello və orkestr üçün konsert”i (H-dur,
op.104) səsləndirilib.
***
Filarmoniyada daha bir konsert yanvarın 13-də gerçəkləşib.
Gecədə Xalq artisti Fəxrəddin Kərimovun
dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət
Kamera Orkestri və solistlər Yuliya Kərimova (piano) və
Rövşən Əmrahov (violin) çıxış ediblər.
Proqramda G.Rossininin “Cənab Bruskino” operasına
“Uvertüra” (Bakıda ilk ifa), F.Schrekerin “İntermezzo”
(fis-moll, op.8) (Bakıda ilk ifa), F.Mendelsonun “Violin, piano və
simlilər üçün ikili konsert” (d-moll, MWV O4) və
V.Herbertin “Serenada” (op.12) əsərləri ifa olunub.
Mədəniyyət .- 2024.- 17 yanvar(¹4).-S.5.